Binəqədi rayonu ərazisində çox yaxın zamanlarda başlayacaq “Ümumrayon yaşıllaşdırma marafonu”nu layihəsinin ilk “Eko Təlim”i keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Keçirilən təlimdə Gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai – siyasi və humnaitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, ideya müəllifi Həmidə əşrəfova, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, təlimçi Amin Məmmədov, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, AəSMA-nın, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və ASAN könüllüləri iştirak ediblər.
ilk öncə təlimi açan Gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova gəncləri salamlayaraq bu mövzuda bu cür təlimlərin Gənclər Evində mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai – siyasi və humnaitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonu ərazisində başlayacaq “Ümumrayon yaşıllaşdırma marafonu” layihəsi haqqında gənclərə məlumat verərək ətraf mühitin qorunmasının vacibliyini vurğulayıb.
Daha sonra ideya müəllifi Həmidə əşrəfova layihənin ideya və məqsədi, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev Gənclər Birliyinin bu sahədə həyata keçirdiyi layihələr haqqında məlumat verdilər.
Çıxışlardan sonra təlimçi Amin Məmmədov “Ekologiyanın qorunmasının vacib amilləri”, “ətraf mühit və Biz” və digər mövzularda təlim keçib. Təlim zamanı gənclər üçün interaktiv və praktik tapşırıqlar təşkil edilib.
Belediyye.info